AZ

İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçməsini təkzib etdi... 

Xəbər verildiyi kimi, dünən - 130 sentyabr axşam saatlarından  İsrail ordusunun Livana quru əməliyyatına başladığı və yüzlərlə tankın sərhədi keçməsi barədə informasiyalar yayılıb. Xəbəri israil mediası da hərbi mənbələrə istinadla təsdiqləyir. 
 
Lakin Livanın "əl-Mənar" informasiya şəbəkəsi İsrail əsgərlərinun Livan sərhədini keçməsi ilə bağlı xəbərləri təkzib edib. Bu şəbəkə Fələstin ərazilərində Livan sərhədi boyunca İsrail tanklarının hərəkəti barədə məlumat verib, lakin indiyə qədər heç bir İsrail əsgərinin Fələstin sərhədlərini Livana keçmədiyini bildirib.
 
Moderator.az bu haqda İranın rəsmi dövlət agentliyi  "İRNA"-ya istinadla xəbər verir.
 
Məlumatda o da bildirilir ki, "Hizbullah" müqavimət hərəkatı Livanın Əl-Adisa və Kəfərkala şəhərlərinin tarla və bağlarında İsrail əsgərlərini hədəfə alaraq cavab hücumları təşkil edirlər.
 
Bəyanatda deyilir ki, bazar ertəsi axşam əməliyyatı Qəzza zolağında Fələstin xalqının dəstəyi və onların cəsarətli və şərəfli müqaviməti, eləcə də Livan xalqının müdafiəsi istiqamətində həyata keçirilir. Əməliyyat müvafiq silah-sursatla həyata keçirilib, düşmən əsgərlərinə dəqiq zərbələr endirilib.
 
 İsrail mediası "Hizbullah"ın işğal olunmuş Fələstinin şimalındakı Şatula qəsəbəsinə raket zərbəsi endirməsi, orada və ətraf ərazilərdə sirenlərin işə salındığını bildirir.
 
Bu arada Livan mediası İsrailin gecə ərzində Beyrutun cənub ətraflarında yerləşən ərazilərə üç hava hücumu təşkil etdiyini bildirib. "Əl-Mənar"ın məlumatına görə, israil ordusu Vadi Bərqaz ətrafı əraziləri və Kökbə, Rəşiə əl-Fəxr, Kəfərkla, Əl-Xəyyam, Nəhrblat, Dirseryan və Əl-Litani çayını bombalayıb.
 
S.Laçın
Seçilən
8
1
moderator.az

2Mənbələr