AZ

İran prezidenti Məsud Pezeşkian “Hizbullah”ın ofisini ziyarət etdi...-FOTO

İran prezidenti Məsud Pezeşkian “Hizbullah”ın Tehrandakı ofisinə baş çəkərək Seyid Həsən Nəsrullah və hərəkatın digər komandirlərinin vəfatı ilə əlaqədar Livan xalqına və bütün “dünya azadlıq tərəfdarları”na başsağlığı verib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Tehran Times” nəşri məlumat yayıb.
 
Pezeşkian ABŞ və müttəfiqlərini “insan haqlarına məhəl qoymadıqlarına görə” tənqid edərək bildirib ki, “insan ləyaqətini müdafiə etdiklərini iddia edənlər zülmlə mübarizə aparanları ironik şəkildə “terrorçu” adlandırırlar”. O, Nəsrullahı “həyatını Fələstin xalqının azadlığına həsr etdiyinə görə” tərifləyib və əmin edib ki, İran həm Fələstin, həm də Livan məsələlərinə dəstək verməkdə davam edəcək.
 
Bazar günü Nazirlər Kabinetinin iclasında İran prezidenti Tehranın İsrail rejiminin hərəkətlərinə qətiyyətlə cavab verməsinin vacibliyini vurğulayıb.
 
“Hizbullah” ofisini ziyarəti zamanı Pezeşkian Nəsrullahın xatirə kitabına da ürək sözlərini yazıb.
 
S.Laçın
 
Seçilən
21
moderator.az

1Mənbələr