AZ

Energetika Nazirliyi "yaşıl" enerjinin ixracı potensialından danışıb (ÖZƏL)

Bakı. Trend:

Energetika Nazirliyi Naxçıvan Muxtar Respublikasının “yaşılenerji zonası” kimi inkişafı üçün iki istiqamətdə iş aparır.

Bunu Trend-ə özəlolaraq energetika nazirinin müavini Orxan Zeynalov deyib.

"Birincisi, Naxçıvan Muxtar Respublikasının “yaşıl zonası”konsepsiyası hazırlanır, ikincisi, muxtariyyətdən “yaşıl” enerjininixracı potensialı ətraflı araşdırılacaq. İkinci iş istiqamətindəyaxın gələcəkdə dünyanın aparıcı şirkətlərindən biri ilə NaxçıvanMuxtar Respublikasından ikinci mərhələdə Aİ-yə daxil olmaqperspektivi ilə Türkiyəyə planlaşdırılan “yaşıl” enerji ixracı üzrətexniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması üçün müqaviləimzalanacaq", - deyə O.Zeynalov bildirib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər Naxçıvan MuxtarRespublikasında 1,5 GVt külək və günəş enerjisi gücünü istismaraverməyi planlaşdırır.

"Muxtariyyətdən elektrik enerjisinin ixracına gəlincə, söhbət 1QVt-dan gedir, lakin ixracın bütün detalları texniki-iqtisadiəsaslandırmada öz əksini tapa bilər".

Qeyd edək ki, ərəb və Avropa şirkətləri Muxtar Respublikadabərpa olunan enerji mənbələrinin yaradılmasında iştirak etməyəhazırdırlar və muxtariyyətin “yaşıl zonası” konsepsiyasıçərçivəsində onlarla danışıqlar aparılır.

Energetika nazirinin müavini Trend-ə onu da bildirib ki,Azərbaycandan Türkiyəyə elektrik enerjisinin ixracı ilə bağlı dahabir layihə - AZURE (Azerbaijan Scaling-Up Renewable Energy Project)layihəsi müzakirə edilir:

"Dünya Bankı və digər potensial investorlarla birlikdə “yaşıl”enerjinin Türkiyəyə nəqli layihəsi - AZURE (Azerbaijan Scaling-UpRenewable Energy Project) layihəsi müzakirə olunur".

Xatırladaq ki, Dünya Bankı öz strukturu - BeynəlxalqYenidənqurma və İnkişaf Bankı (BYİB) vasitəsilə "AZURE" üçün 250milyon ABŞ dolları ayırmaq imkanını elan edib və bu layihəninhəyata keçirilməsi perspektivi ilə bağlı vəziyyət oktyabrın sonunaqədər aydın olacaq.

Zeynalovun sözlərinə görə, Energetika Nazirliyi qarşısında durandigər aktual məsələlərə 2027-ci ilə qədər ümumi istehsal gücü 2 GVtolan gözlənilən yeni yaşıl enerji güclərinin Azərbaycanın daxilienerji şəbəkəsinə təhlükəsiz inteqrasiyasının təmin edilməsidaxildir:

"Biz bu yaxınlarda 2027-ci ilə qədər 2 GW yeni yaşıl enerjitutumunun daxili şəbəkəyə inteqrasiyası üçün araşdırmanıtamamladıq. İndi biz bu imkanların təhlükəsiz və sabitinteqrasiyası məsələsini həll edirik".

O qeyd edib ki, ümumilikdə Energetika Nazirliyi ümumi gücü 28QVt olan beynəlxalq bərpa olunan enerji layihələrini araşdırır:

"2027-ci ilə qədər bərpa olunan enerji mənbələrinin Azərbaycanınenerji balansında payı 32,6 faiz, 2030-cu ildə 35 faiz təşkiledəcək. Biz həmçinin külək elektrik stansiyalarının (KES)yaradılması üçün Xəzər dənizinin əhəmiyyətli texniki potensialınıgörürük. Dünya Bankı onu 157 QVt (dünyada Şimal dənizindən sonraikinci ən böyük külək enerjisi potensialı) səviyyəsindəqiymətləndirib. Onun istifadəsi üçün yaxşı zəminimiz, yaxşıqanunvericilik bazamız və investorlar üçün təşviq mexanizmlərininmövcudluğu var.

Məhz Azərbaycanın Xəzər şelfindəki gələcək külək stansiyalarıGürcüstan və Qara dəniz vasitəsilə Avropaya ixracı planlaşdırılan“yaşıl” enerjini təmin edə bilər ("Caspian Sea-Black Sea Energy"layihəsi). Söhbət “Xəzər dənizi-Gürcüstan-Qara dəniz-Aİ” “yaşıl”dəhlizindən və 4 QVt “yaşıl” enerji və hidrogenin ixracından gedir.Bu layihəni həyata keçirmək üçün bu yaxınlarda Buxarestdə birgəmüəssisə yaradılıb və ilkin texniki-iqtisadi əsaslandırma noyabrdaBakıda təqdim olunacaq".

Rumıniya və Macarıstan Aİ-də bu layihənin iştirakçısı olub,Bolqarıstan isə qoşulmağa hazırlaşır.

Seçilən
18
az.trend.az

1Mənbələr