AZ

Suriyanın hava hücumundan müdafiə qüvvələri İsrailin Dəməşqə raket hücumunu dəf edib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda hərbi əməliyyatın başlaması ilə eyni vaxtda Dəməşqin qərb bölgələrinə raket hücumları həyata keçirir.

TASS xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Suriyanın hava hücumundan müdafiə qüvvələri Mezze ərazisi üzərində peyda olan düşmən hədəflərinə atəş açıb.

Qeyd olunur ki, zərbələr işğal altında olan Qolan təpələrindən endirilir.

Bundan əvvəl Dəməşq səmasında partlayış baş verib.

Mənbə TASS

Seçilən
23
dogru.az

1Mənbələr