AZ

Rusiya OPEC+ sazişinin 2025-ci ildən sonraya uzadılmasını istisna etməyib

Rusiya, bazar vəziyyəti tələb edərsə, OPEC+ sazişinin 2025-ci ildən sonraya uzadılmasını istisna etmir.

Marja xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak "Əl Ərəbiyyə" telekanalı üçün müsahibəsində bildirib.

"Biz bazarda vəziyyətin necə inkişaf etdiyinə baxacağıq və ola bilsin, qarşılıqlı əlaqəmizi genişləndirmək və hasilatı bu səviyyədə və ya başqa səviyyədə məhdudlaşdırmaq qərarına gələcəyik - bu, bazardan asılı olacaq",- Novak deyib.

Novak əlavə edib ki, OPEC+ razılaşması səmərəli işləməyə davam edir, əgər bu olmasaydı, dünya qlobal enerji böhranı yaşayardı. “Bir çox müəssisələr dağılacaqdı və onları bərpa etmək üçün nə qədər vaxt lazım olduğu bilinmir”, -Baş nazirin müavini vurğulayıb.

Novak qeyd edib ki, OPEC+ hazırda bazar dəyişkənliyini yumşaltmağa kömək edən effektiv alət olmaqda davam edir: "Bu saziş olmasaydı, Dünya, bazarda güclü dalğalanmalar görəcəkdi". 

Seçilən
19
marja.az

1Mənbələr