AZ

Ayı polis mayorunu və atasını gəmirib öldürdü...-FOTO

Rusiyanın Primorsk diyarında ayının polis mayorunun evinə hücumundan sonra müstəntiqlər araşdırmalara başlayıb.
 
Moderator.az "Vkanaleşde" nəşrinə istinadla xəbər verir ki, ilkin məlumata görə, Pojarsk rayonunun Luçeqorsk kəndində 1968-ci il təvəllüdlü kişi və 1937-ci il təvəllüdlü atasının yaşadığı fərdi evə vəhşi heyvan daxil olub. Hər iki şəxs ayının hücumu nəticəsində aldıqları xəsarətlərdən yerindəcə keçinib.
 
Ölənlər Partizansk Daxili İşlər İdarəsinin kriminal ekspertizası şöbəsinin rəisi, polis mayoru Sergey Knışev və onun atasıdır. İstintaq orqanları artıq hadisə şahidlərini dindirib və hadisə yerinə baxış keçirib. Yırtıcı məhv edilməzdən əvvəl yerli sığınacaqda təxminən 36 iti də öldürə bilib.
 
S.Laçın
Seçilən
12
moderator.az

1Mənbələr