AZ

ABŞ-ın İraqdakı hərbi bazasına raket zərbələri endirilib

Naməlum şəxslər Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Amerika hərbi bazasına azı iki Katyuşa raketi ilə hücum ediblər.

Bu barədə “Reuters”məlumat yayıb.

İraqın iki hərbi rəsmisi çərşənbə axşamı səhər agentliyə bildiriblər ki, raketlər hava hücumundan müdafiə vasitələri ilə ələ keçirilib.

Təhlükəsizlik mənbələri bildiriblər ki, ilkin araşdırmalara görə, üç raket atılıb. Onlardan biri İraqın antiterror qüvvələrinin yerləşdiyi binaların yaxınlığında düşüb, bəzi maşınlara ziyan vurub və yanğına səbəb olub, lakin itki yoxdur.

Oxuməni.az

Seçilən
25
oxumeni.az

1Mənbələr