AZ

Burak Yılmaz “Beşiktaş”a məğlubiyyətdən sonra istefa verib

Bakı. Trend:

Türkiyənin “Kaysərispor” komandasının baş məşqçisi Burak Yılmazistefa verib.

Trend-in məlumatına görə, o, Superliqanın VII turunda doğmameydanda “Beşiktaş”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonrabu qərarı verib.

“Özümlə bağlı danışmağa ehtiyac yoxdur. Kaysəri şəhərinə vəkluba təşəkkür edirəm. Ötən mövsüm məni bu vəzifəyə layiq bilibgətirdilər. Mövsümün əvvəlində transfer cəzası aldıq, buna görəgetməyəcəyimi söylədim və bir dəfə də olsun etiraz etmədim. Hərşeyi etdik... Yatmadıq, bazada qaldıq, oyun planı, təzyiq,uşaqlarla söhbət... Bir şey qaldı, o da mənim ayrılmağım. Məşqçidəyişikliyinin bu şəhərə, komandaya fayda verə biləcəyini düşünərəkistefa verirəm” - deyə Burak Yılmaz bildirib.

39 yaşlı mütəxəssis bu ilin yanvar ayından Kayseri təmsilçisinərəhbərlik edirdi.

Qeyd edək ki, “Kaysərispor” turnir cədvəlində 3 xalla 17-cisırada yer alıb.

Seçilən
23
5
az.trend.az

10Mənbələr