AZ

İsraillilərin aqibəti oktyabrın 3-də bilinəcək

İsrailin milli və klub komandalarının aqibəti oktyabrın 3-də bilinəcək.

FİFA Şurası bu ölkənin beynəlxalq turnirlərdəki təmsilçilərinin mümkün cəzalanması ilə bağlı məsələyə həmin gün baxacaq.

Xatırladaq ki, Yaxın Şərqin 12 ölkəsi (Fələstin, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, İraq, Küveyt, Livan, Oman, Suriya, Yəmən) İsrailin Qəzza zolağında uzun müddət apardığı hərbi əməliyyatlara görə Asiya ölkəsinin komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılması üçün FİFA-ya müraciət edib.

Yeri gəlmişkən, “one” portalı sentyabrın 23-də ali futbol təşkilatının İsrailə qarşı sanksiya verməmək qərarına gəldiyi haqda xəbər yayıb.

Seçilən
47
football-plus.az

1Mənbələr