AZ

Helzenkirhenə dönə bilər

Raul Qonsales Helzenkirhenə qayıda bilər.

“Bild” qəzetinin yaydığı xəbərə görə, ispaniyalı mütəxəssisin sabiq klubu “Şalke-04”ə təyinat almaq şansı var. Komanda hazırda 2-ci bundesliqada çıxış edir. Yakob Fimpelin çalışdırdığı “Şalke-04” turnir cədvəlinin orta sıralarındadı. Belə vəziyyətdən narazı olan rəhbərliyin baş məşqçini dəyişmək haqda düşündüyü bildirib. Almaniya klubunun ilk namizədi isə Rauldu.

Xatırladaq ki, 2019-cu ildən “Real”ın ikinci komandası olan “Kastilya”nı çalışdıran 47 yaşlı mütəxəssis 2010-12-ci illərdə futbolçu kimi “Şalke-04”də çıxış edib.

Deyilənə görə, Raulun “Real” rəhbərliyi ilə münasibətlərində soyuqluq yaranıb və bu səbəbdən tezliklə klubdan ayrıla bilər.

Seçilən
32
football-plus.az

1Mənbələr