AZ

"Navalnının ölümü gerçəkdən necə baş verib?" - KİV-lərdən yeni araşdırma

"Ölümün rəsmi səbəbi ürək ritminin pozulmasıdır, amma bu, Navalnının qarnında kəskin ağrı, qusma və qıcolmalar kimi şikayətlərini izah edilə bilməz..."
 
Tibb işçilərinin sözlərinə görə, müxalifətçinin üzləşdiyi əlamətlərin öyrənilməsi birmənalı olaraq hadisələrin müəyyən versiyasını göstərir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "The İnsider" nəşri yazıb.
 
Nəşr Aleksey Navalnının "Qütb canavarı" islah koloniyasında ölümünə dair çoxsaylı rəsmi sənədlərə çıxış əldə edib. 
 
Bu materialların təhlili göstərib ki, hakimiyyət mütəmadi olaraq hadisələrin rəsmi versiyasına uyğun gəlməyən əlamətlər barədə xatırlatmaları istisna edib.
 
Həkimlər iddia edir ki, bu əlamətlər birmənalı olaraq Navalnının zəhərlənməsinin mümkünlüyünü göstərir. Bu barədə araşdırmaçı jurnalist Roman Dobroxotov yazıb.
 
Məqalədə cinayət işinin açılmasından imtina edilməsi barədə ədliyyə mayoru Aleksandr Varapayev tərəfindən imzalanan qərarın iki versiyası təqdim edilib. 
 
Birinci versiyada göstərilir ki, 16 fevral 2024-cü ildə Navalnının həyətdə gəzinti zamanı səhhəti kəskin şəkildə pisləşib. O, bu barədə
onu otaqdan çıxaran növbətçiyə məlumat verib.
 
Sonradan məlumat verilib ki, Navalnı döşəməyə yıxılıb, qarnında güclü ağrıdan şıkayətlənməyə başlayıb, onda qusma, qıcolmalar başlayıb və o, huşunu itirib. Bu məlumat dərhal koloniyanın tibbi personalına çatdırılıb.
 
Qərarşn ikinci, sonuncu versiyasında qarnında ağrı, qusma və qıcolmalar barədə detallar çıxarılıb. Lakin "The İnsider" nəşrinin sərəncamında "götürülən obyektlərin" siyahısı var və orada ekspertizaya göndərilmiş "qusuntu kütləsinin nümunələri" xatırlanır. Bu zaman nə hər-hansı ekspertiza, nə də qusma barədə rəsmən məlumat verilməyib.
 
Sənədlər Navalnının  həyatının son dəqiqələrində qarnında kəskin ağrlardan şıkayət etdiyini bəyan edən Yuliya Navalnayanın sözlərini təsdiq edir. 
 
Reanimatoloq Aleksandr Polupan qeyd edib ki, ölümün rəsmi səbəbi kimi göstərilən ürək ritminin pozulması qərarda qeyd edilən qarın nahiyəsində kəskin ağrı, qusma və qıcolmalar kimi əlamətləri izah edə bilməz.
 
Onun sözlərinə görə, bu əlamətlər, böyük ehtimalla, Navalnının zəbərləndirilməsinə dəlalət edir. O, əlavə edib ki, ağrı hissləri ilə qıcolmalar arasında zaman kəsiyi "Noviçok" kimi fosforüzvü maddələrin dəri ilə təmasda deyil, daxilə qəbul edildikdə mövcudluğunu göstərə bilər.
Seçilən
23
moderator.az

1Mənbələr