AZ

Kürdəmir rayonunda ağır yol qəzası olub, yaralananlar var

Kürdəmir rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində altı nəfər yaralanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı – Qazax yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yolundan çıxaraq Gəncə istiqamətində hərəkət edən "KamAZ" markalı yük maşını ilə toqquşub.

Nəticədə "Mercedes"in ağır xəsarət alan sürücüsü Yevlax sakini 25 yaşlı İbrahimov Tofiq Maqbet oğlu, eyni rayondan olan sərnişinlər – 45 yaşlı Məmmədova Elmira Əziz qızı,19 yaşlı Abdullayeva Təhminə Nadir qızı, 23 yaşlı Məmmədov Teymuraz Muraz oğlu, 10 yaşlı M.Z. və ikiaylıq körpə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
2
far.az

9Mənbələr