AZ

Eks-prezident: "İsrail əleyhinə idarənin rəhbəri "Mossad"ın agenti idi"

İranda bir neçə il əvvəl yaradılan İsrail əleyhinə idarənin rəhbərinin yəhudi dövlətinin kəşfiyyat orqanı olan "Mossad"ın agenti olduğu üzə çıxıb.
 

Sfera.az xəbər verir ki, bu barədə İranın eks-prezidenti Mahmud Əhmədinejad bildirib .
 

“Biz İsrailə qarşı bir bölmə yaratdıq və ona rəhbərlik edən şəxsin "Mossad" agenti olduğu ortaya çıxdı”, - deyə siyasətçi paylaşıb.
 

Əhmədinejad bunu İranda qərargahı Livanda yerləşən Hizbullah şiə təşkilatının lideri Həsən Nəsrullahın öldürülməsi fonunda İsrail casusları haqqında getdikcə daha çox danışılmağa başlanandan sonra verib.
 

Sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti Nəsrullahın öldrüldüyünü açıqlayıb. Onun əsas qərar qəbul edən və təşkilatda strateji, sistemli, bəzən isə taktiki qərarları təsdiqləyən yeganə şəxs olduğunu qeyd ediblər.
 

İran ABŞ-ni zərbənin təşkilində ittiham edib və Vaşinqtona qarşı mübarizəni daha da gücləndirəcəyinə söz verib . Birləşmiş Ştatlar isə öz növbəsində Nəsrullahın öldürülməsini alqışlayıb və bunu “ədalət tədbiri” adlandırıb.


İnci

Sfera.az

Seçilən
42
1
sfera.az

2Mənbələr