AZ

Ona hücum edən köpək balığından sırğa düzəltdi

Gənc oğlan köpək balığının hücumundan sağ çıxıb və ətində ilişib qalan dişlərindən sırğa düzəldib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, maraqlı hadisə Fransız Polineziyasında baş verib.

Belə ki, 20 yaşlı Anqus Cocott, dostunun müşayiəti ilə maska, şnorkel və üzgəclərlə su altında üzən zaman köpək balığının hücumuna məruz qalıb. Köpək balığı gəncin qolunu və bədəninin müxtəlif hissələrini parçalayıb.

Daha sonra gənc bədənində qırılıb qalan köpək balığı dişlərini xatırə saxlamaq istəyib. Oğlan dişlərdən sırğalar düzəldib.


Müəllif: Arzu
Seçilən
12
teleqraf.com

1Mənbələr