AZ

Türkiyə Super Liqası: "Beşiktaş" darmadağınla qalib gəldi

Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə 1 görüş reallaşıb.

Turun bağlanış oyununda "Kayserispor"un qonağı olan "Beşiktaş" 3:0 hesabı ilə qalib gəlib.

İstanbul təmsilçisinin heyətində 56-cı dəqiqədə Gedson Fernandeş hesabı açıb. 78-ci və 90+1-ci dəqiqələrdə fərqlənən Çiro İmmobile yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 16-ya çatdıran "Beşiktaş" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 3 xala malik "Kayserispor" isə 17-ci sırada yer alıb.

Türkiyə Super Liqası
7-ci tur
27 sentyabr

Sivasspor Başakşəhər 1:2
Qollar: Meniq, 82 – Fiqeyredo, 43; 49.

28 sentyabr

Samsunspor Göztəpə 4:3
Qollar: Marius, 28. Ntçam, 70; 90+1. Şindler, 79 – Yavru, 13-öz qapısına. Romulo, 41. Santos, 50.

Alanyaspor Rizəspor 1:0
Qol: Yanvye, 33.

Qalatasaray Kasımpaşa 3:3
Qollar: Osimhen, 20; 28. İkardi, 34 – Fall, 44. Hayradinoviç, 83. Da Kosta, 90+5.

29 sentyabr

Eyüpspor – Qaziantep 3:2 
Qollar:
Kutucu, 15, Akbaba, 65, Tiam, 79 - Soresku, 28, Taşdemir, 90+4.

Trabzonspor – Konyaspor 3:2
Qollar:
Viska, 16, Banza, 45+4-pen, 54 - Demirbağ, 24, Keyta, 89..

Antalyaspor – Fənərbağça 0:2
Qollar:
Tadiç, 63, Talisson, 81-öz qapısına.

Bodrumspor – Adana Dəmirspor 3:1
Qollar:
Puskas, 13, 82, Seferi, 54 - Qravilyon, 60.

30 sentyabr

Kayserispor – Beşiktaş 0:3
Qollar: 
Gedson Fernandeş, 56. Çiro İmmobile, 78. 90+1.

Seçilən
7
8
fanat.az

10Mənbələr