AZ

Türkiyə Superliqası: "Beşiktaş" üç xalı üç qolla qazandı

Türkiyə Superliqasının 7-ci turunda liderlər qrupunda yer alan "Beşiktaş" Kayseridə yerli komandanın qonağı olub.

Oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib.

Matçın 56-cı dəqiqəsində Fernandes hesabı açaraq "qara qartallar"ı önə çıxarıb. 78-ci dəqiqədə İmmobile penaltini dəqiq yerinə yetirərək fərqi artırıb. 90+1-ci dəqiqədə isə italiyalı dubla imza ataraq yekun hesabı müəyyənləşdirib - 0:3.

Qeyd edək ki, bu nəticədən sonra İstanbul klubu 6 oyundan 16 xal toplayaraq ilk üçlüyü qapayır. "Kayserispor" isə cəmi 3 xalla autsayderlər qrupunda - 17-ci pillədə yer alır.

Mənbə: oxu.az

Seçilən
14
1
oxu.az

10Mənbələr