AZ

Beyons Parisdə öz viski brendinin təqdimatını keçirdi - FOTOLAR

Amerikalı müğənni, aktrisa, rəqqasə, prodüser Beyons Parisdə keçirilən öz brendi “Sir Davis Whisky”nin qapalı təqdimat mərasimindən görüntüləri “İnstaqram”da paylaşıb.
 

Sfera.az bildirir ki, Beyons bu yaxınlarda ulu babasının adını daşıyan lüks viski buraxıb. Müğənni yeni məhsulunu hər cür təbliğ edir.


Məşhur müğənni tədbirə açıq-saçıq “Gucci” libası geyinib. İncə qayışlı və yan yarığı olan döşəməyə qədər uzanan paltar qızılı rəngli payetlərlə işlənib. Ulduz parıldayan paltarını qızılı kəmərli hündürdaban sandalet və platforma ilə tamamlayıb. Beyons, həmçinin “Sir Davis” viski şüşəsi şəklində çap olunmuş 3D çanta götürüb.

 

“CHRISHABANA” zərgərlik brendinin eksklüziv aksessuarı süni kristallarla bəzədilib. Müğənni parlaq makiyaj edərək gözəl gözlərini dumanlı kölgələr və qara göz layneri ilə vurğulayıb. O, sarışın saçlarını dəbdəbəli şəkildə düzəldib, zinət əşyalarından sırğalar, bilərziklər və qiymətli daşlı bir neçə üzük taxıb.


Beyons həmçinin əri Jay-Z, Kelly Rowland və Angie də daxil olmaqla dostları və ailəsi ilə fotolarını paylaşıb. Şərhlərdə pərəstişkarları 32 dəfə “Qremmi” mükafatı laureatının heyrətamiz göründüyünü qeyd ediblər.

 

Aysel

Sfera.az

Seçilən
11
sfera.az

1Mənbələr