AZ

Formula 1-də qalmaqal: Ferstappen karyerasını bitirəcək?

Keçmiş Formula 1 pilotu, hazırda Almaniya televiziyasının eksperti Ralf Şumaxer hesab edir ki, Maks Ferstappen FİA ilə münaqişəsi səbəbindən karyerasını bitirə bilər.

Publika.az xəbər verir ki, onun fikrincə, Federasiya prezidenti Məhəmməd bin Sulayem Sinqapur Qran Prisi öncəsi mətbuat konfransında söyüş söydüyü üçün “Red Bull” sürücüsünün cəriməsini ləğv etməli idi.

“Əlbəttə, belə şeylər onun gələcəyinə təsir edə bilər. Demək istəyirəm ki, bu cür şeylər mənim də gələcəyimi müəyyənləşdirdi, sən özün ola bilməyəndə, belə axmaq şeylərlə məşğul olmaq məcburiyyətindəsən. Bu, həqiqətən yorucudur, bilirsinizmi?

Düşünürəm ki, vəziyyət gərginləşərsə, Maks F1-i tərk edə bilər, çünki o, müstəqil insandır. Onun kifayət qədər pulu var. O, tez-tez Formula1-də çox qalmayacağını deyir. Ona görə də bunu istisna etməzdim.

Seçilən
21
publika.az

1Mənbələr