AZ

Dövlət Holdingi işçi axtarır - VAKANSİYA

Azərsilah Müdafiə Sənayesi Holdinqi

Aparıcı mütəxəssis

Son tarix 30 okt 2024 - [email protected]

VƏZİFƏ: Aparıcı mütəxəssis - İnvestisiya və xəzinədarlıq şöbəsi
İŞ YERİ: Bakı
MÜƏSSİSƏ: “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti

ƏMƏK FUNKSİYASI:

  • Əməliyyat və maliyyə məlumatlarının təhlil edilməsi, analitik təqdimatların və hesabatların hazırlanması
  • İnvestisiya layihələrin dəyərləndirilməsi
  • Layihələrin izlənilməsi və icrası ilə bağlı mütəmadi hesabatların hazırlanması
  • Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına uyğunluğunun təmin edilməsi
  • Proqnozlaşdırma və qiymətləndirmə məqsədli modellərin hazırlanması və tətbiqi
  • Planlama və büdcənin hazırlanması prosesində iştirak etmək və nəticələr barəsində maliyyə analizlərinin aparılması
  • Potensial investisiya imkanlarının, yeni maliyyə alətlərinin təhlilində iştirak etmək
  • Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi
  • Daxil olan digər ad-hoc sorğuların icra edilməsi

VƏZİFƏ TƏLƏBLƏRİ:

  • Təhsil pilləsi (minimum)
  • Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası
  • Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə
  • İş təcrübəsi (minimum)
  • Minimum 2 il ümumi iş təcrübəsi, min 1 il istehsalat(real) sektor üzrə təcrübə
  • Dil bilikləri
  • Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
  • Kompüter bilikləri
  • Microsoft office proqramları (əsasən Excel)
  • Digər zəruri tələblər
  • Beynəlxalq sertifikatların mövcudluğu arzuolunandır (ACCA F2,F5 və CFA)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Aparıcı mütəxəssis - İnvestisiya və xəzinədarlıq şöbəsi” qeyd etməyiniz xahiş olunur

Seçilən
7
fed.az

1Mənbələr