AZ

Erməni katolikosu Azərbaycanı "işğalçı"(?) adlandırdı...

Image

Əvvəlcədən oxucular üçün bir kiçik tarixi arayış verək ki, Xalxidon Şurası və ya Kadıköy Şurası 8 oktyabr 451-ci ildə başlayan və 1 noyabrda sona çatan bir katolik ekumenik məclisdir. Xalxidon bu gün İstanbul şəhərindəki Kadıköy ilçəsinin mərkəzidir. Həmin məclisdə ermənilər Bizans kilsəsindən qovulub. Onlar bu tarixdən pravoslav kilsəsinə də qoşulmayıb. Bu tarixi fakt onu göstərir ki, ermənilər xristian olduqlarıni bəyan etsələr də, nə katolik, nə də pravoslav deyillər, kilsədən qovulublar.

"Bütün Ermənilərin Katolikosu" özü katolik kilsəsinə məxsus deyil, siyasi bir təşkilatdir. Bəzən erməni dindarlar rusları özlərinin din qardaşı adlandırırlar. Bu tamamilə yalan ifadədir, erməni xaçının xristian dininə heç bir aidiyyəti yoxdur. Ermənistana münasibətdə bəzən deyilir ki, xristianlar xristian ermənini qoyub bizi müdafiə etməyəcəklər ki... Bu da tamamilə səhv yanaşmadır, çünki 15 əsrdən çoxdur ki, xristian aləmi erməniləri xristian saymır. Çünki onlar kilsədən qovulublar. Bu baxımdan erməni "dindar"larının heç bir dinə bağlılıği yoxdur. Bu səbəbdən də erməni "dindar"lar həmisə siyasətin bir əlavəsi kimi fəaliyyət göstərib. Yəni hakimiyyətə nə lazımdırsa, II Qaregin xutbələrində onu səsləndirib.

Onun bugünkü bəyanatı da məhz elə həmin tarixi faktdan doğur. "Bütün Ermənilərin Katolikosu" barışa deyil, bütün dünyanı savaşa, özü də işğalçı savasa çağırır. Belə ki, "Bütün Ermənilərin Katolikosu" dünyanı Ermənistan "ərazilərini azad etmək" və "Artsax xalqının" hüquqlarını qorumaq üçün səy göstərməyə çağırıb.

Adətən din adamları dövlətin siyasətindən kənarda dayanaraq, haqq-ədalət mövqeyi tutur, bunu bacarmırsa, o halda susur. Ermənistanın dini lideri, yuxarıda qeyd etdiyimiz kimi, xristian dininin heç bir qanadi və ya məzhəbi tərəfindən qəbul edilməyən II Qaregin bütün dünyanı Ermənistanın işğalçılıq siyasətinə qoşulmağa səslədi. Bütün dünya, o cümlədən də Ermənistan dövləti Qarabağın Azərbaycan torpaqları olduğunu qeyd-şərtsiz tanıdığı halda, erməni "dini lideri" dünyanı "Artsax"ın "azad edilməsi"nə çağirir. Əslində isə bu "dindar" erməni xalqının həyatını qaraltmış, dünya ensiklopediyasına "erməni xəstəliyi" ifadəsinin düşməsinə şərait yaradan erməni lobbisinin oyuncağından başqa bir şey deyil. Bu gün erməni lobbisinin cəmiyyətdəki bütün dayaqları sarsılıb. Cəmiyyət məğlub Paşinyanı erməni lobbisindən daha çox dəstəkləyir. Ortada qalan Rusiyaya işləyən revanşist qüvvələr və saxta dindar II Qaregindir. Bir neçə ay əvvəl başlayan və uğursuzluqla nəticələnən Baqrat Qalstanyan hərəkatının da təşkilatćısi erməni kilsəsinin siyasiləşmiş liderləri idi. İndi Ermənistanda hec əhalinin 10 faizi belə "katolikos" II Qaregini dindar kimi qəbul etmir. Amma bununla belə, erməni lobbisindən aldıği ianələrin bədəlini ödəmək üçün erməni kilisəsinin xütbələrindən sui-istifadə edərək II Qaregin müxalifətin revanşist kəsiminə dəstək verir.

II Qareginin bu xutbəsi İrəvanda keçirilən dünya ermənilərinin sammitində çıxış edən baş nazir Nikol Paşinyanın çıxışına cavab da sayıla bilər. Paşinyan həmin çıxışında təsəvvürlərdəki "Böyük Ermənistan"la real Ermənistanı müqayisə edərək demişdi ki, indi hansını istəyirsiniz seçin... Həmin toplantıda öz çıxışı ilə Paşinyan erməni lobbisini xəyal qırıqlığina düçar eləmişdi. İndi II Qaregin həmin xəyal qırıqlığını bərpa etmək məqsədilə yenidən bütun erməniləri Qarabag uğrunda döyüsə səslədi. Görək, cəmiyyət kimin yanında dayanacaq - xülyalarla yaşayan revanşistlərlə II Qareginin, yoxsa Paşinyanın?

Bir tərəfdən də son günlər erməni ordusu Azərbaycan Ordusunun mövqelərini tez-tez atəşə tutur. Bu hadisələrin fonunda atəşkəs rejiminin pozulması revanşist qüvvələrin təxribati da ola bilər.

Akif NƏSİRLİ





Seçilən
17
baki-xeber.com

1Mənbələr