AZ

Neymar bir ildən sonra məşqlərə başlayır

Neymar ağır zədədən sonra məşqlərə başlayıb. Msport.az “Goal”a istinadən xəbər verir ki, “Əl Hilal”ın 32 yaşlı oyunçusu  artıq idman zalında məşq etməyə hazırdır.

Lakin komandanın baş məşqçisi Jorje Jezuş ulduz futbolçunun çətin ki, yaxın aylarda meydana çıxacağını bildirib. Onun sözlərinə görə, hücumçunun vəziyyətini öyrənmək üçün vaxta ehtiyac var.

Xatırladaq ki, Neymar 2023-cü ilin oktyabrından meydana çıxmır. O, Braziliya millisinin heyətində çarpaz diz bağlarından ağır zədə alıb.

 

 

Seçilən
10
msport.az

1Mənbələr