AZ

İsrail “Hizbullah”a qarşı əməliyyatın növbəti mərhələsinə başlayır

İsrailin müdafiə naziri Yoav Qalant Livan “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatın növbəti mərhələsinin tezliklə başlayacağını açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

 

Qalantın sözlərinə görə, bu, “Hizbullah” bölmələrinin Livan ərazisindən davamlı atəşə tutulması nəticəsində təxliyə edilmiş İsrailin şimalındakı sərhəd yaşayış məntəqələri sakinlərinin geri qayıtması üçün şəraitin yaradılmasında mühüm rol oynamalıdır.

 

“Qarşıdurma xəttindəki (Livanla həmsərhəd ərazilərdəki - red.) yaşayış məntəqələrinin şuralarının rəhbərləri ilə görüşdə vurğuladım ki, tezliklə “Hizbullah”a qarşı müharibənin növbəti mərhələsi başlayacaq və bu, müharibənin aparılmasındakı məqsədə çatmaqda - şimalın sakinlərinin öz evlərinə qayıtmasında mühüm amil olacaq", - Qalant əlavə edib.

 

Bu arada CNN, Amerika administrasiyasının adının açıqlanmasını istəməyən rəsmisinə istinadən xəbər verib ki, İsrail hakimiyyət orqanları ABŞ-la bu məsələ ilə bağlı məsləhətləşmələrdən sonra Livanda “Hizbullah”a qarşı əvvəlcə planlaşdırıldığından daha kiçik quru əməliyyatı keçirmək niyyətindədir.

 

Onun sözlərinə görə, İsrail 2006-cı ildə olduğu kimi irimiqyaslı hərbi əməliyyatlar həyata keçirməyərək, “Mavi xətt” boyunca - Livan və İsrail sərhədində yerləşən kəndlərdə bir neçə əməliyyatla məhdudlaşmaq niyyətindədir.

 

Telekanal onu da qeyd edib ki, Amerika hökumətinin nümayəndələri İsrailə, ilkin məhdudlaşdırılmış əməliyyatın sonradan genişmiqyaslı münaqişəyə çevrilə biləcəyindən narahat olduqlarını bildiriblər.

Seçilən
31
9
senzor.az

10Mənbələr