AZ

İsrail Livanda quru əməliyyatına başlayır

İsrail Ordusu Livanla sərhədə yaxın üç yaşayış məntəqəsinin ərazisini qapalı hərbi zona elan edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Metula, Misgav Ama və Kfar Giladi rayonları qapalı hərbi zona elan edilib.

Xatırladaq ki, bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qallant sərhəddə hərbçilərlə görüşdə bildirib ki, Hizbullahla müharibənin “növbəti mərhələsi” tezliklə başlayacaq.

“CBS News” isə İsrailin bir neçə saat ərzində Livanda Hizbullaha qarşı qurudan hücuma keçə biləcəyi barədə xəbər yayıb.

Seçilən
23
21
heftelik.az

10Mənbələr