AZ

"İsrail Livanda atəşkəsə razı olmayacaq" - İsrail XİN rəhbəri

"Yəmən və Livana effektiv zərbələr Yaxın Şərqdə qüvvələr balansını dəyişən İsrailin gücünü nümayiş etdirir..."
 
İsrail xarici işlər naziri İsrael Kats müxtəlif ölkələrdəki həmkarlarına, o cümlədən "Hizbullah" ilə vəyiyyətin nizamlanması planının işlənib hazırlanmasında iştirak edənlərə İsrailin bir sıra şərtlərinin icrası olmadan Livanda atəşkəsə razı olmayacağı  barədə məlumat göndərib.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət mediakorporasiyası məlumat verib. Məlumatı "detaly.co.il" nəşri yayıb.
 
Məlumatda deyilir ki, bu ölkələr arasında Almaniya, Böyük Britaniya, İtaliya, Kanada və digərləri var.
 
Kats bəyan edib ki, atəşkəs üçün yeganə məqbul vəziyyət "Hizbullah"ın İsrail ilə sərhəddən Litani çayından şimala doğru sıxışdırılması və bu terrorçu təşkilatın tərksilah edilməsidir.
 
"Yalnız BMT Təhlükəsizlik Şurasının Livan üzrə bütün qətnamələrinin tam icra edilməsi atəşkəsə gətirib çıxaracaq, - Kats bəyan edib. - Bu, baş verməyincə İsrail öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və şimal sakinlərinin öz evlərinə dönməsi üzrə fəaliyyətini davam etdirəcək".
 
Nazir əlavə olaraq həmçinin qeyd edib ki, "Hizbullah" lideri Həsən Nəsrullahın aradan götürülməsi İsrailin nə zamansa həyata keçirdiyi əkstədbirləridən ən çox haqq qazandırılandır, çünki Nəsrullah yəhudi dövləti və onun vətəndaşlarına yeni hücumlar planlaşdırıb. 
 
Kats həmçinin İrana açıq siqnal göndərərək vurğulayıb ki, əgər İran İsrailə hücum edərsə, İsrail cavab zərbəsi endirəcək.
 
Bundan öncə məlumat verilib ki, Yəmən və Livana effektiv zərbələr bu gün Yaxın Şərqdə qüvvələr balansını dəyişən İsrailin gücünü nümayiş etdirir. Bu fikirləri İsrail baş naziri Binyamin Netanyahu ifadə edib.
 
"Biz Qəzzada HƏMAS-ı darmadağın etmişik, biz onun komanda zəncirinin böyük hissəsini aradan götürmüşük, biz "Hizbullah"a güclü zərbə vurmuşuq, biz Nəsrullahı aradan götürmüşük, biz müntəzəm olaraq onun, o cümlədən bu yaxınlarda Livanda ali komandirlərini aradan götürmüşük", - Netanyahu qeyd edib. 
 
"Paralel olaraq İsrail Müdafiə Ordusu bir qədər öncə Yəməndə düşmənlərimizə zərbə endirib. Hamı fəaliyyətimizin geniş olduğunu görür, hədəflərə açılan atəşləri görür, hamı bizə hücum edənlərin hansı bədəli ödədiklərini görür", - o, vurğulayıb.
Seçilən
21
moderator.az

1Mənbələr