AZ

Madrid derbisinin hakimliyi ilə videorolik yayımlanıb

Dünən keçirilən "Atletiko" - "Real" derbisinin hakim danışıqları ictimaiyyətə təqdim olunub.

İdman.biz xəbə verir ki, İspaniya Futbol Federasiyası sosial şəbəkədə xüsusi video yerləşdirib.

7 dəqiqəlik videorolikdə hakim Mateo Buskets Ferraranın futbolçular və hakimlərlə, VAR danışıqları, həmçinin oyunun dayandırılması zaman nə etdiyi yayımlanıb. 30 yaşlı ədalət təmsilçisi az əvvəl hakimliyə başlayıb və məsul matç ona tapşırılıb.

Qeyd edək ki, Madrid derbisi hakimlərin azarkeşləri davranışı üzündən 69-cu dəqiqədə yarımçıq dayandırılıb. Oyun 15 dəqiqədən sonra bərpa olunub.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr