AZ

İran “Hizbullah”a kömək üçün qoşun göndərmək niyyətində deyil

İran İsraillə mümkün münaqişədə “Hizbullah”a kömək etmək üçün Livana qoşun göndərmək niyyətində deyil.

NOCOMMENT.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani mətbuat konfransı zamanı deyib.

“Biz inanırıq ki, region ölkələri rejimin təcavüzündən qorunmaq imkanına malikdir və İran könüllü qüvvələrinin göndərilməsinə ehtiyac yoxdur”, – deyə o vurğulayıb.

Kənaninin sözlərinə görə, Livan özünü müdafiə etməyə qadir olduğunu sübut edib. Bundan əlavə, İrana bu cür yardım üçün heç bir müraciət daxil olmayıb, o, aydınlaşdırıb.

Seçilən
11
nocomment.az

1Mənbələr