AZ

AYNA-NIN 1181-İ "МОЗГОТРЯСЕНИЕ" ALIB- FAKT

...Vaxt itirmədən keçirəm mətləbə: bu gün Bəxtiyar Vahabzadə küçəsində ( metronun "EA"sı stansiyasının çıxışı) dəftərxana ləvazimatı almaq üçün avtomobilimi parkladım vı AYNA-nın 1181 sorğu mərkəzinə mesaj göndərdim...

Saat 12:50-də sorğuya qayda üzrə yazdım: "90DL707-10381(sonuncu parklama məntəqəsidir). 12:50-də mənə 1181-dən mesaj gəldi: "90DL707 nomreli avtomobil 10381 nomreli menteqede park edildi. Park yerini terk ederken parklanmani bitirmek uchun parklanmani bashlatdiginiz mobil nomreden SON yazib 1181-e sms gondermeyi unutmayin. Mobil tetbiqi yuklemek uchun https://app.azparking.az linkini izleyin".Mən 12:53-də "SON" yazlb ərazini tərk edirəm. Bu vaxt "Error" görüb təkrar iki dəfə "Son" yazıb 1181-ə göndərirım... Bu "Error" mesajı təkrar gəlir, 13:05- də bir də "Son" yazıb ərməğan edirəm... Ürəyim dözmür. Çünki biinsaf AYNA-çılar cərimə soxuşdurmaq üçün fürsət axtarır... Ona görə də 13:05- də digər mobil nömrədən "Son" yazıb göndərirəm... Bu dəfə Allah, daha dəqiq, yerdəki bəndələri tanığmayan AYNA- dan 13:06- da mesaj gəlir ki: 

 img_4850

img_4849

img_4848

img_4847

 Sonra dakbadal belə mesajlar gəlməkdə davam edir: 

"10381 menteqesinde 90DL707 nomreli neqliyyat vasitesinin parklanma muddeti novbeti saata kechir...".

"Parklanma tapilmadi. Parklanmani sonlandirmaq uchun SON ve ya odenilmemish parklanmani odemek uchun ODE yazib 1181-e gonderin. Mobil tetbiqi yukleyib daha rahat park edin!"

XXX 

...Beləliklə, belə başa düşürəm ki, paytaxt Bakının dar- düttək yollarını BUS- a, Velosipedə... parçalayıb insanları parklamalarına zorlayan AYNA-nın aynada özünə diqqətlə baxmasına zərurət var. İşi- gücü sürücülərə cərimə yazmaq olan Yol Polisi ilə yarışa girən bu qurumun sonu nədirş tezliklə bilinəcək...

Asif MƏRZİLİ

P.S.Deyəsən, məsələ ya mollalıqdır, ya da məhkəməlik... 

 

 

Seçilən
14
tezadlar.az

1Mənbələr