AZ

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

 Biz heç vaxt zülmə razı ola bilmərik.

"Operativ Media" xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

"Gözləri qan və nifrətlə korlanmış bir ovuc radikal sionist bölgəmizi və bütün dünyanı od vurur. Mən sizə açıq deyirəm, biz bu zülmə, bu barbarlığa heç vaxt razı olmayacağıq. Bizi hədəfə alan sionist lobbisinin təkəbbürü qarşısında baş əyməyəcəyik.", - deyə Ərdoğan bildirib.

Ərdoğan nəyin bahasına olursa-olsun həqiqəti səsləndirməkdən heç vaxt çəkinmədiyini və heç vaxt tərəddüd etmədiyini bildirib.

"İslam dünyasını və dünyanın bütün vicdanlı ölkələrini bu müasir barbarlığa qarşı birləşməyə dəvət edirəm. Bilinməlidir ki, İsrailə qarşı “insan ittifaqı” qurulmayan hər gün təhlükə daha da artacaq. İsrailin vəhşiliklərinin yaratdığı problemlər sonda hamının qapısını döyəcək. YPG sıralarında qan tökən DEAŞ və əcnəbi terrorçular kimi İsrailin hücumlarının təsirləri də qırğını tribunadan izləyənlərə çatacaq.", - deyə əlavə edib.

Seçilən
11
operativmedia.az

1Mənbələr