AZ

Dembele “Arsenal”la qarşı oynamayacaq

PSJ-nin hücumçusu Osman Dembele “Arsenal”la Çempionlar Liqası çərçivəsində sabah keçiriləcək görüşdə meydana çıxmayacaq. Msport.az xəbər verir ki, fransalı futbolçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Baş məşqçi Luis Enrikenin bu addımı heç də zədə ilə bağlı deyil. Belə ki, Dembele zədəli deyil.

Dembele oynamasa da, PSJ-nin bəzi futbolçuları yenidən sıraya qayıdıblar. Qapıçı Canluici Donnarumma, sol cinah müdafiəçisi Nunu Mendeş və yarımmüdafiəçilər Vitinya ilə Dezire Due Londondakı matçda komandalarına kömək edə biləcəklər.

 

Seçilən
11
msport.az

1Mənbələr