AZ

Rusiyada 6.3 bal gücündə zəlzələ oldu

Rusiyanın Kamçatka ərazisində 6,3 maqnitudada zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 39,9 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 128 km aralıda yerləşib.

Dağıntı və tələfat barədə heç bir məlumat verilməyib. 

Sunami təhlükəsi elan olunmayıb.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
37
14
demokrat.az

10Mənbələr