AZ

Dostoyevskinin yaşadığı ev satışı çıxarıldı - 25,5 milyona

Dünya şöhrətli yazıçı Fyodor Dostoyevskinin Sankt-Peterburqun mərkəzində bir neçə il yaşadığı mənzil 25,5 milyon rubla satışa çıxarılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "RİA Novosti" daşınmaz əmlak üzrə ixtisaslaşmış internet resursuna istinadən məlumat yayıb.

“Tarix həvəskarlarının və investorların nəzərinə! Rus yazıçısı, filosof və publisist, dünya ədəbiyyatının klassiki F.M.Dosotoyevskinin yaşadığı mənzil. “Kasıblar” romanı məhz burada yazılıb", - deyə elanda bildirilir.

Qeyd olunur ki, dördotaqlı mənzil 1839-cu ildə tikilmiş kərpic evin ikinci mərtəbəsində yerləşir, ümumi sahəsi 100 kvadratmetrdən çoxdur. Evin pəncərələri Vladimirski prospektinə və Qrafski döngəsinə baxır.

Zaur
BakuPost
Seçilən
28
2
bakupost.az

3Mənbələr