AZ

Polşa prezidenti məhkəmə qarşısına çıxacaq

Polşa prezidenti Andjey Duda dövlət başçısı səlahiyyətləri başa çatdıqdan sonra məhkəmə qarşısına çıxacaq. Bu barədə RİA Novosti İrqçilik və Ksenofobik Davranışın Monitorinqi Mərkəzinə istinadən xəbər verir.

Təşkilat Dudanı ötən il çıxışı zamanı “dövlətinin vətəndaşlarını təhqir etməkdə” ittiham edərək məhkəməyə müraciət etmişdi. Sonra o, Aqneşka Hollandın Polşa və Belarus sərhəddində baş verən hadisələrdən bəhs edən “Yaşıl sərhəd” filmini mənfi qiymətləndirib və onlara qarşı təhqiredici şəkildə "donuzlar" ifadəsini işlədib.

Varşava Dairə Məhkəməsi işi 24 oktyabr 2025-ci il tarixinə təyin edib. Bu vaxta qədər Duda Polşa prezidenti vəzifəsini dayandıracaq, çünki onun səlahiyyətləri 2025-ci ilin avqustunda başa çatır. Ardıcıl ikinci dəfədir bu vəzifədə olduğu üçün ikinci müddətə namizəd ola bilməz.

Polşa prezidentinin ofisinin rəhbəri Malgorzata Paprocka jurnalistlərə açıqlamasında Dudanın məhkəmədə vəkillə təmsil olunacağını təsdiqləyib.

Oxuməni.az

Seçilən
12
oxumeni.az

1Mənbələr