AZ

"Təxribatçı da cəzalandırılmalıdır" - Dieqo Simeone

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone La Liqanın 8-ci turunda keçirilən derbidə - "Real Madrid"ə qarşı ev oyununda (1:1) yerli fanatların qonaqların qapıçısı Tibo Kurtuaya müxtəlif əşyalar atmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:

"Azarkeşlər dedilər ki, onları Kurtua təxribata çəkib. Bu, fanatların etdiyi hərəkətə haqq qazandırmır, amma təxribatçı da cəzalandırılmalıdır".

Xatırladaq ki, hadisə "Real"ın futbolçusu Eder Militao matçın 64-cü dəqiqəsində hesabı açandan sonra qeydə alınıb. Hakim vəziyyətin gərginləşdiyini görərək komandaları meydandan çıxarıb və nəticədə 20 dəqiqəlik fasilə yaranıb.

Nihat

Seçilən
2
fanat.az

1Mənbələr