AZ

İqlim həftəsi üçün elmi seminar

BAYRAQDAR MEDİA – Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə elmi seminar keçiriləcək (proqram).Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.Xəbərdə deyilir ki, “Sentyabrın 30-da Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) fəaliyyətə başlayıb. Oktyabrın 4-dək davam edəcək Bakı İqlim Fəaliyyəti Həftəsi bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP-29) hazırlıq çərçivəsində London İqlim Fəaliyyəti Həftəsi ilə əməkdaşlıq şəraitində təşkil olunub. Tədbir COP-29-a hazırlıq məqsədi ilə ictimaiyyəti iqlim dəyişmələrinə həsr olunan tədbirlərə cəlb etmək və iqlim dəyişmələri ilə mübarizədə qlobal səyləri səfərbər etmək üçün mühüm platforma yaratmaq məqsədi daşıyır. Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində 2024-cü il 4 oktyabr tarixində saat 10.00-da “JW Marriott” otelində BDU-nun təşkilatçılığı ilə “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda elmi konfrans keçiriləcək”.Daha sonra xəbərdə, “konfransın əsas mövzuları iqlim dəyişikliklərinin elmi və praktik aspektlərinə həsr olunub. Konfransda iqlim fəaliyyəti sahəsində böyük irəliləyişlər əldə etmək üçün empirik məlumatların, süni intellekt və qabaqcıl analitik vasitələrin əhəmiyyəti, iqlim dəyişikliyinin transsərhəd su ehtiyatlarının idarə olunmasına təsiri, bu istiqamətdə yeni yanaşmalar və beynəlxalq əməkdaşlıq mexanizmləri, eləcə də beynəlxalq səviyyədə ortaq təşəbbüslərin sinerjisi, müvafiq zəruri qlobal və regional əməkdaşlıq imkanları müzakirə ediləcək. Geniş proqram qlobal iqlim mübarizəsində təcrübə, tədqiqat və əməkdaşlıq üçün imkanlar açacaq və COP-29-a hazırlıq mərhələsində önəmli addım kimi diqqət çəkəcək” deyə bildirilir.

Seçilən
26
3
bayraqdar.info

10Mənbələr