AZ

OPPO Find X8 Pro-nun texniki göstəriciləri detallı şəkildə açıqlanıb

     OPPO şirkətinin OPPO Find X8 smartfon seriyasını gələn ayın sonunda təqdim edəcəyi gözlənilir. Bu seriyaya daxil olacaq modellərdən biri də OPPO Find X8 Pro olacaq. İndi isə insayderlər OPPO Find X8 Pro-nun texniki imkanlarını detallı şəkildə açıqlayıblar. Beləliklə insayderlərin vermiş olduqları məlumatlara əsasən OPPO Find X8 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.8 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq.     OPPO Find X8 Pro-nun dizaynında olacaq əsas yeniliklərdən biri də Camera Control adlı yeni fiziki düymədir. Çox güman ki, söhbət, iPhone 16-larda reallaşdırılmış eyniadlı düyməyə bənzər düymədən gedir. OPPO Find X8 Pro smartfonu MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq. İnsayderlərin sözlərinə əsasən kameralar mövzusunda smartfon 50 MP + 50 MP + 50 MP + 50 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahib olacaq. Batareya məsələsində OPPO Find X8 Pro 80 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.

Seçilən
37
technote.az

1Mənbələr