AZ

“Sırf Emin Mahmudovun paylaşımını görəndən sonra düşünürəm ki...” – Vaqif Sadıqov

“Neftçi”nin kapitan sarğısının Emin Mahmudovdan alınaraq komandaya bu yay qoşulan Ramil Şeydayevə verilməsi çoxlu sual doğurub.

Maraqlıdı: Emin niyə Qriqorçukun gözündən düşdü? Sırf şəxsi keyfiyyətləri, yəni lider kimi komandanı arxasınca apara bilməməsi, yoxsa futbolçu potensialı kapitanlıqdan məhrum edilməsində rol oynadı? “Football-plus.az” bu suallarıtəcrübəli mütəxəssis Vaqif Saqıqova ünvanladı:

“Futbolçunun potensialı aşağı olsa da, kapitan sarğısı əlindən alınmaz. Kapitan komandada lider kimi qalır. Sırf Emin Mahmudovun paylaşımını görəndən sonra düşünürəm ki, “Neftçi” camiəsinə bir vida məktubudu. Məslənin dərinliyindən xəbərimiz yoxdu. Açıqlamalar onu göstərir ki, Emin də “Neftçi” ilə vidalaşacaq. Görünən tərəf budu. Görünməyən tərəfi məhz bu iki şəxs – Qriqorçuk və Mahmudov deyə bilər. Kapitan sarğısının alınması komandada birliyin olmamasının göstəricisidi. Qriqorçukun atdığı addım və Mahmudovun paylaşımı onu göstərir ki, biz bu yolu birlikdə qət edə bilmərik”.


ƏSƏD SEYİDOV
Seçilən
8
football-plus.az

1Mənbələr