AZ

“Onlar bizi mühasirəyə salıb əzmək istəyirlər”

Qabil Hüseynli: “Milli Məclisdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradılması təqdirəlayiqdir”

 

Bu gün Milli Məclisdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb. Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli, bu yeniliyin zəruri olduğunu vurğulayıb:

 

“Son illər Qəbdəki bəzi dairələrin ölkəmizə təzyiqlər göstərməyə çalışdığı göz önündədir. Bu gün Avropada bir sıra ermənpərəst qüvvələr var ki, onlar bizi siyasi baxımdan mühasirəyə salıb əzmək istəyirlər. Ölkəmizə qarşı hibrid təhdidlər də açıq-aşkar özünü göstərir. Bu baxından Milli Məclisdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması təqdirəlayqidir. Bu, dövlətimizin onu təhdid edən təhlükələrin fərqində olduğunu, buna qarşı mübarizə üçün doğru qərarlar qəbul etdiyini göstərir.

 

Inanıram ki, bu komissiya xarici müdaxilə və hibrid təhdidlərə qarşı mübarizədə öz sözünü deyəcək və milli maraqlarımızın təmininə töhfələr verəcək”.

 

Seymur ƏLİYEV

 

Seçilən
8
moderator.az

1Mənbələr