AZ

İranda polislərə daha bir hücum həyata keçirildi

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətində polislərə və sərhədçilərə qarşı daha bir neçə hücum həyata keçirilib.

Bu barədə \"Azad İran\" \"Telegram\" kanalı İran mediasına istinadla xəbər verib.

Bildirilir ki, Hirmənd sərhəd alayının Məkki postuna və Cekiqur sərhəd alayının Murtan postuna silahlı hücum olub, nəticədə iki sərhədçi həlak olub.

Bundan başqa, Xaş şəhərində də bir polis nəfəri naməlum yaraqlılar tərəfindən qətlə yetirilib.

Hələlik hücumların məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
Seçilən
15
azxeber.com

1Mənbələr