AZ

Rus tankları Kursk yaxınlığında öz tələlərinə düşdü

Yazını böyüt
Yazını kiçilt

Rusiya qoşunları bir gün əvvəl Kursk bölgəsində Ukraynanın hücumuna qarşı əks-hücuma keçib. Lakin kolon avqustun əvvəlində rusların Ukrayna işğalından əvvəl qurduqları tank əleyhinə tələlərdə ilişib qalıb.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “Forbes” yazır.

Ehtimal ki, 15-ci briqadadan olan Rusiya qoşunları sentyabrın 29-da və ya bir müddət əvvəl Ukraynanın Kursk bölgəsində irəliləməsinə qarşı hücuma keçib. Hücum xəttinin cənub kənarında, Ukraynanın nəzarətində olan Plexovo kəndinə yönəlmiş hücum ən ironik şəkildə uğursuzluqla nəticələnib.

Belə ki, Rusiyanın tank karvanı elə tank əleyhinə tələlərdə ilişib qalıb. Bunlar avqustun əvvəlində Ukraynanın Kursk ərazisinə daxil olmazdan əvvəl rusların qurduqları səngərlər və beton maneələr zolağı olub.

Plexovodan kənarda iki əsas Rusiya müdafiə strukturu var - tank əleyhinə tələlər və yaxınlıqda piyada xəndək kompleksi. Ukraynanın 129-cu ərazi müdafiə briqadası partlayıcı pilotsuz təyyarələr dalğasını işə saldıqda Rusiya hücum qüvvələri tank əleyhinə tələlərdən keçməkdə çətinlik çəkib.

"Əsgərlərimiz Rusiya işğalçılarına və onların texnikasına dərs verdi, onlarla zirehli texnikanı yandırdı və düşmənin şəxsi heyətini məhv etdi", - deyə Ukrayna hərbi müxbiri Yuri Butusov yazıb.

 

Seçilən
7
hafta.az

1Mənbələr