AZ

Bu maşın modellərində nasazlıq YARANDI

Almaniyanın "Mercedes" şirkəti V8 mühərriki ilə təchiz edilmiş "S-Class" modellərində yaranmış nasazlıqla əlaqədar maşınların geri çağırıldığını açıqlayıb.

 

Sfera.az bu barədə İxbt.com portalına istinadən xəbər verib.

 

Qeyd olunur ki, söhbət 2021-2023-cü illərdə istehsal edilən "Mercedes S580" və "Mercedes-Maybach S580" modellərindən gedir. Ümumilikdə şirkətin 27 min avtomobilində nasazlıq aşkar edilib.

 

Məlumatda həmçinin bildirilir ki, hər iki avtomobil 4 litrlik V8 mühərrikindən istifadə edir və 496 at gücünə malikdir.

Seçilən
5
sfera.az

1Mənbələr