AZ

Boşanmaların sayının artmasının ən böyük səbəbləri nələrdir?- HÜQUQŞÜNAS

Son dövrlər artan boşanmaların səbəbi nələrdir? 

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov NOCOMMENT.az-a açıqlama verib.

“Boşanmaların nisbətən artmasının ən böyük səbəblərindən biri son dövrlərdə ailələrdə olan anlaşılmazlıqlar, sosial və maddi problemlərdir. Son 2-3 ildə müqayisə edəndə görürük ki, əvvəlki illərdə kişilərdə daha çox xəyanətə rast gəlinirdisə və ailələr daha çox bu səbəbdən dağılırdısa, hal-hazırkı dövrdə isə daha çox qadın xəyanətləri səbəbindən ailələr dağılır. Boşanma üçün məhkəməyə müraciət edən çox sayda kişilər boşanmanın səbəbi kimi həyat yoldaşının xəyanətini göstərir”.


Əvvəlki və indiki ailələrdə hər zaman şiddət olub. Əvvəlki ailələrdə baş verən bu kimi halları ailələr öz aralarında həll edib yekunlaşdırırdılarsa, indiki ailələr bu mövzuları daha çox ictimailəşdirirlər.

İndiki dövrlə müqayisədə ötən illərdə yaşlı nəslin nümayəndələrinin fikirlərinə daha çox önəm verilirdi.

Hüquqşünas qeyd edir ki, nikaha girən cütlüklərin qeyri-hökumət təşkilatları cəlb etməklə və ya psixoloji mərkəzlərin yardımı ilə onların psixoloji vəziyyətləri araşdırılmalıdır.

psixoloq

“Bizim qanunvericiliyimiz qonşu ölkələrin qanunvericilikləri ilə müqayisədə, evlilik və boşanmalara aşırı dərəcədə çox yumşaq münasibət sərgiləyir. Türkiyə qanunvericiliyində xəyanət səbəbi ilə boşanma şəxsin gələcəkdə dəhşətli dərəcədə hüquqi məsuliyyətinə səbəb ola bilir. Qanunvericilik bu cəhətdən təkmilləşdirilməlidir”,- deyə Ramil Süleymanov qeyd edib.

Boşanmadan sonra Dövlət reabilitasiya proqramları təşkil etməlidir. Bu proqramların içərisində mütləq şəkildə psixoloji yardımlar olmalıdır.

Evlənən cütlüklərin gələcəklərini təmin etməsi üçün onların bank hesabına normal depozit qoyulmalıdır və bu bank depoziti ailənin yalnız fərdi inkişafına, maddi rifahının yüksəldilməsinə xidmət etməlidir.


Dövlət gənclərin ailə qurması ilə bağlı nikah yaşını təşviq etmək üçün qeyri-hökumət təşkilatları ilə xüsusi proqramlar işləməlidir və bu proqramların icrasına çox ciddi nəzarət olunmalıdır.

Hwquqşünas qeyd edir ki, kişilər üçün evlilik yaşının 25-26, qadınlar üçün isə 22-23 yaş olması daha məqsədəuyğundur.

Aişə Əbdülova

Seçilən
4
nocomment.az

1Mənbələr