AZ

Kamal Abdulla: Azərbaycan multikulturalizmi dünyada örnəkdir

Kamal

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan multikulturalizmi dünyada örnəkdir. Ölkəmizdəki multikultural ənənələr və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları ilə görüşü zamanı səsləndirib.

O bildirib ki, Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı Yay və Qış məktəbləri təşkil edir: “Artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin iştirakçıları hər dəfə bu tədbirlərdən öz ölkələrinə zəngin təəssüratlarla qayıdırlar. Əminəm ki, XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları da Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar”, - deyə akademik Kamal Abdulla qeyd edib.

Seçilən
14
azertag.az

1Mənbələr