AZ

Serxio Ramos Misir çempionatına keçə bilər

Hazırda azad agent olan məşhur müdafiəçi Serxio Ramos karyerasını Misir liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, Misirin "Zamalek" klubu 38 yaşlı ispan futbolçunun transferində israrlıdır. Misir təmsilçisinin rəhbərliyi Ramosla şəxsi müqavilənin şərtlərini razılaşdırmağa çalışır.

İspan futbolçu təklifi qəbul edəcəyi təqdirdə Misir liqasında ən yüksək maaş alan oyunçu olacaq.

Qeyd edək ki, təcrübəli müdafiəçinin son komandası “Sevilya” olub. Ötən mövsüm Serxio Ramos İspaniya çempionatında "Sevilya"nın heyətində 28 oyun keçirib və 3 qol vurub. Bundan əvvəl müdafiəçi PSJ və "Real Madrid"də də oynamağı bacarıb.

Seçilən
9
90deqiqe.az

1Mənbələr