AZ

"Real" Kurtuanın zədəsi ilə bağlı açıqlama yayıb

"Real"ın İspaniya çempionatında "Atletiko" ilə oyunda (1:1) sıradan çıxan qapıçısı Tibo Kurtuanın son durumu bəlli olub.

 90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tibbi müayinələrdən keçən belçikalı qolkiperin sol ayağından zədə aldığı aşkarlandığı diqqətə çatdırılıb.Təcrübəli oyunçu həkimlər tərəfindən nəzarətdə saxlanılacaq.

Xatırladaq ki, 69-cu dəqiqədə “matras” azarkeşləri meydançaya, eləcə də əvvəllər onların heyətində çıxış etmiş belçikalı qolkiperə yad əşyalar atmağa başladığı üçün matç dayandırılıb.

Seçilən
6
90deqiqe.az

1Mənbələr