AZ

Azərbaycan sərhədini qeyri-leqal keçməyə cəhd edən miqrantların saxlanıldığı bildirilir

Yayımlandı: 30 Sentyabr 2024 16:22 19 nəfərin Avropaya getmək istədiyi açıqlanıb Azərbaycan sərhədçiləri ölkə sərhədlərini qanunsuz keçməyə cəhd edən 13 Əlcəzair, 19 nəfər Pakistan vətəndaşını saxlayıblar. Məlumatı “Turan” yayıb. Bildirilir ki, “Şəmkir” sərhəd dəstəsinin ərazisində əlcəzairli Abdulkader Ben Bahi Azərbaycandan Gürcüstana keçmək istəyərkən saxlanılıb. Daha sonra daha iki nəfər Əlcəzair vətəndaşı “Xudat” sərhəd dəstəsinin ərazisində Azərbaycandan Rusiyaya qanunsuz keçməyə cəhd ediblər. Sentyabrın 26-da və 27-də axşam saatlarında 19 nəfər Pakistan vətəndaşı “Zaqatala” sərhəd dəstəsinin ərazisində Gürcüstana qanunsuz keçməyə cəhd ediblər. Araşdırma nəticəsində saxlanılanların Azərbaycana rəsmi şəkildə gəldikləri və dövlət sərhədini pozaraq Avropa ölkələrindən birinə qeyri-leqal miqrasiya etmək niyyətində olduqları məlum olub. Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Dövlət Miqrasiya Xidməti Meydan TV-nin miqrantlarla bağlı sorğusunu cavablandırmayıb. Meydan TV

Seçilən
10
xural.com

1Mənbələr