AZ

“Yeni konstitusiya hazırlamaq lazımdır”

“Yeni

Türkiyə Parlamentində 28-ci dönəm Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş 1-ci və 2-ci Qanunvericilik İli Qiymətləndirmə toplantısında çıxış edərək “Türkiyə həqiqətlərinə uyğun, millətimizin ehtiyaclarına yönəlik yeni konstitusiya hazırlanması zəruridir” deyib. Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “Posta gazetesi” məlumat paylaşıb.

Məlumatda bildirilir ki, TBMM sədri əlavə edib ki, Qanunvericilik və nəzarət fəaliyyəti ilə yanaşı, xüsusi qeyd etdiyim Cümhuriyyətimizin 100 illiyini dərk edən bir Məclisdir: “Bu Parlamentin üzərinə mühüm vəzifələr, millətin mənafeyinə uyğun işlərin görülməsi üçün böyük öhdəliklər düşür. Bu çərçivədə yeni konstitusiya üzərində işləmək Türkiyə Böyük Millət Məclisinin gündəmində olacaq mühüm vəzifələrdən biridir. 12 sentyabr konstitusiyasından qurtulmağın vaxtı gəlib. Bildirmək istəyirəm ki, cəmiyyətin bütün təbəqələrinin ifadə olunduğu, həm metod, həm də məzmun baxımından olqunlaşmasıyla konstitusiyanı Parlamentdə, hüquqi əsaslar çərçivəsində müzakirə etmək mümkündür. Sivil, demokratik, iştirakçı, güclər ayrılığını tam əhatə edən, Türkiyə reallıqlarına uyğun, millətimizin ehtiyaclarına cavab verən bir konstitusiya üzərində işləmək mütləqdir. Hazırda Parlamentdə olan siyasi partiyalarımız keçmişdə konstitusiya ilə bağlı bu öhdəliyi ifadə ediblər. Mən bundan sonra da bu zəminin həqiqətən demokratik şəkildə üslub və müzakirəyə yararlı olması üçün üzərimə düşən məsuliyyəti yerinə yetirəcəyəm”.

Seçilən
10
xalqcebhesi.az

1Mənbələr