AZ

Kənani: “İran İsrailin heç bir cinayətini cavabsız qoymayacaq!“

“Tehran İsrailin heç bir aqressiv hərəkətini cavabsız qoymayacaq, İran hakimiyyəti şiə “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahın öldürülməsindən sonra Livan hakimiyyəti ilə əlaqə saxlayaraq mövsümün vəziyyətini izləyir”.Elchi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani məlumat verib.“İran birinci vitse-prezident Məhəmməd Rza Aref və Livanın baş naziri Nəcib Mikati ilə söhbətdən sonra da səylərini davam etdirir. Biz Livan hakimiyyəti ilə əlaqə saxlayırıq və vəziyyəti izləyirik. İran sionist rejimin (İsrail) heç bir təcavüzkar hərəkətini cavabsız qoymayacaq, rejim öz cinayətlərinə görə cəzasız qalmayacaq”, – deyə Kənani mətbuat konfransında bildirib.Yeganə

Seçilən
7
elchi.az

1Mənbələr