AZ

Fransada həmkarlar ittifaqları ümumi tətil və nümayişə çağırış edib

Fransada

Paris, 30 sentyabr, AZƏRTAC,

Fransada Əmək Konfederasiyası (CGT), “Solidarite”, “FSU” və gənclər təşkilatları həmkarlar ittifaqlarının pensiya islahatlarının ləğvi və maaşların artırılması tələbi ilə oktyabrın 1-də ümumi tətil və nümayişə çağırış edib.

AZƏRTAC xəbər verir ki, ölkənin 200 şəhər və kəndində planlaşdırılmış tətil və etiraz nümayişlərinə Dəmir Yolları Milli Şirkəti (SNCF) də qoşulub. Aksiyalar Baş nazir mişel Barnyenin Milli Assambleyada yerli vaxtla saat 15:00-ə planlaşdırılan ümumi siyasət bəyənnaməsindən bir qədər əvvəl baş tutacaq. Parisdə nümayişçilər Denfert-Rochereau meydanına toplaşacaq və Bastiliya meydanına doğru irəliləyəcək.

Dəmir Yolları (Sud Rail) işçiləri isə bu gün saat 19-dan şənbə günü səhər saat 8:00-ə qədər tətil edəcək. CGT və Sud Rail dəmiryol işçiləri yaydıqları mətbuat açıqlamasında “Fret SNCF”in (Yeni pəncərə) ləğv edilməsini, TER törəmə şirkətinin yaradılmasını, işə qəbulun dondurulmasını, maaşa qənaət elanlarını pisləyirlər. Onlar əməkhaqqının yenidən qiymətləndirilməsi və ya yenidən hesablanması tələbini səsləndiriblər.

Ölkə üzrə planlaşdırılan etiraz nümayişlərinə müəllimlərin də qoşulacağı gözlənilir.

Seçilən
23
1
azertag.az

2Mənbələr