AZ

Zelenskinin “Qələbə planı” ukraynalılara tam açıqlanmayacaq

Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə Vaşinqtona səfəri zamanı görüş keçirdiyi amerikalı rəsmilərə "Qələbə planı"nın tam versiyasını təqdim edib. Lakin ukraynalılara sözügedən sənədin tərkibinin yalnız bir hissəsi açıqlanacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib. 

Onun sözlərinə görə, sənədin bəzi maddələri həssas xarakter daşıdığından onlar məxfidir: "İctimai açıqlanan bütün məlumatlar tək bizim ölkədə eşidilmir, onları düşmən də eşidir".

Xatırladaq ki, Ukraynada "Qələbə planı" mövzusu cari ilin avqust ayının sonlarında gündəmə gəlib. "The Times"ın məlumatına görə, plan əsas olaraq 4 maddədən ibarətdir. Zelenski ABŞ-yə son səfərindən əvvəl bildirmişdi ki, sözügedən plan Rusiya ilə danışıqları nəzərdə tutmur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
6
5
milli.az

6Mənbələr