AZ

Heydər Əliyev adına Neft Emalı Zavodunda ötən il emal olunan xam neftin həcmi açıqlanıb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) HeydərƏliyev adına Neft Emalı Zavodunda (NEZ) 2023-cü ildə 6290,2 min tonxam neft emal olunub.

Trend xəbərverir ki, bu barədə SOCAR-ın 2023-cü ildəki fəaliyyəti ilə bağlıillik hesabatında bildirilir.

Bundan 1464,4 min ton avtomobil benzini, 594,1 min ton reaktivmühərrik yanacağı, 2311,4 min ton dizel yanacağı, 237,6 min tonmaye qazlar, 277,8 min ton bitum, 8,9 min ton sürtkü yağları, 231,7min ton koks və sair məhsullar istehsal edilib.

Hesabat ili ərzində həyata keçirilmiş tədbirlərin nəticəsindəneft emalının dərinliyi 97,6% təşkil edib. İl ərzində satılmış neftməhsullarının 90,3%-i daxili bazara, qalan 9,7%-i isə ixracolunub.

Qeyd edək ki, 2022-ci il ilə müqayisədə bneft emalı 4,84 faizartıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuşHeydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavodrespublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. HazırdaNEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Məqalədə:
Seçilən
7
az.trend.az

1Mənbələr